Profil fotoğrafı

SİZİN ŞİİRLERİNİZ

  • Üye Katılımı Açık
  • 3 yıl 2 ay önce
  • 13

    Yanıtlar

  • 13

    Üyeler

DAĞLARA SARIDI YÖNÜ (AZERİ)

Şiir Name Şairler SİZİN ŞİİRLERİNİZ DAĞLARA SARIDI YÖNÜ (AZERİ)

Bu konu içeriyor 0 sesler ve sahip 0 yanıt.
0 sesler
0 yanıt
  • Yazar
    Yanıtlar
  • #100015384
    savalan
    Üye

    (Akif Səmədə)

    Köhnə yurdlara bənzəyir,

    dag aşır,düzü gəzdirir,

    çölündə tufanlar gəzir,

    içində sözü gəzdirir,

    yosma kişidi yapagı

    can bilir ana torpaqi,

    qaragüldəndi papaqi,

    başında quzu gəzdirir,

    daglara sarıdı yönü

    bir yol tutub,yoxdu sonu,

    ürək gəzdirmir,ha bunu

    ürəyini özü gəzdirir

    birimiz deyirik çəkmə,

    birimiz deyirik içmə,

    orda durma,burdan keçmə

    dalınca bizi gəzdirir

    hər gün axtarır neçəsi,

    dördcə balaca qönçəsi,

    güldü,ləçəkdi İncəsi,

    Bakıda tozu gəzdirir,

    heç vaxt.,heç zaman nədi,

    əsirgərməz al qan nədi,

    fərqinə varmaz can nədi,

    candı da,yüzü gəzdirir

    2002

    (saz üstündə)

    Nə canı cannan ayırır,

    nədə ki,cana doyurur,

    külək qalxir,qar sovurur,

    gur yagışlar yagır sənnən

    dərd beləcə sözdümü ki,

    birdimi ki,yüzdümü ki,

    təkcə bir cüt gözdümü ki,

    əzrayıldı baxır sənnən

    bil mövlam haqqı işiyəm

    yerin,göyün gərdişiyəm

    mən könüllər dərvişiyəm

    gedəsiyəm axır sənnən

    2001

    M ə n yenə səni sevirəm

    Həsrətin yasıdı gulən,

    Omrumun qısıdı gələn

    Kimin qargısıdı gorən

    Mən yenə səni sevirəm

    Sacımda dəni sevmirsən

    Gozumdə çəni sevmirsən

    Sən yenə məni sevmirsən

    Mən yenə səni sevirəm

    Kimə varsan, kimə yoxsan

    Nə qədər sevgisən, haqsan

    Nə qədər məndən uzaqsan

    O qədər səni sevirəm

    2002

    (saz üstündə)

    Butalıdı yar yuxusu

    yastıgın ənbər qoxusu

    mənim həsrətim oxusun,

    sənin hicranın var olsun,

    buludlar uddu tüstümü,

    yagışlar aldı üstümü,

    gəlsədə əcəlim kimi,

    gəlsin, o anın var olsun,

    olacaqlar önə gəlsin,

    gələcəklər yenə gəlsin,

    yüz qanmazın dinə gəlsin,

    bircə qananın var olsun

    2001

    AYRılıqlar tanrılıqdı

    gözünnən aydın görürəm,

    qəmin-göyərən yeridi,

    deməsəndə mən bilirəm,

    dərdin-dərdindən yeyindi

    nə buludsan,nə yagırsan

    nə axan selnən axırsan,

    de niyə belə baxırsan,

    bu uçuq sənin evindi,

    sevdalar bir yara yeri,

    yarı göyün,yarı yerin,

    ürəyimiz ura yeri,

    əllərimiz kösöv yeri,

    bu nə sondu,ayrılıqdı,

    ayrılıqlar tanrılıqdı,

    içim şüşədi,sınıqdı

    məni qarga,söy indi

    2000

    BİR yalquzaq təki sınan təklənən,

    hövsələm,mən səni saxlayammıram,

    yaşaya bilmirəm yorgun ürəknən,

    bu çixiq gözlərnən aglayammıram

    kimdədi dolaşıq ucu kələfin,

    hardadı,tapmaga ümid yox az-maz

    gedib o dünyanı görüb gələnin,

    daha bu dünyada qorxusu olmur,

    bu qədər təzadlar,bu qeylu qallar,

    Allahın özünü başdan çıxarır,

    mənim bu qılıqsız,köntöy inadım,

    bir parça çörəyi daşdan çıxarır,

    sən uzaq ulduzum,yovuş mənimlə

    daha kimsənəyə yovuşammıram,

    sən cırnıq taleyim,barış mənimlə

    yox,daha səninlə barışammıram

    bu sinəm bir qara arxac yeridi,

    ürəyim qəfildən atlana bilər,

    nə yalvara bilər kösöv əllərim,

    nə sınıq dizlərim,qatlana bilər

    kimdədi dolaşıq ucu kələfin,

    hardadı,tapmaga ümid yox az-maz

    gedib o dünyanı görüb gələnin,

    daha bu dünyada qorxusu olmur,

    1992

Bu şiire yanıt yazmak için giriş yapmalısınız.